
Nikol Paşinyanı devirməyin yollarını axtarırlar - ŞƏRH
Yusif Sultanoğlu
13:34 29.04.2024
Gündəm
744
"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı qanuni proseduru Paşinyanın əleyhinə istifadə etməyə çalışırlar"
Azərbaycan ilkin mərhələdə Ermənistanda 300 min azərbaycanlını (tarixi yurdlarından zorla qovulmuş – red.) məskunlaşdırmağı planlaşdırır.
Bu fikirləri Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan çıxış edib.
A.Tatoyan bildirib ki, Ermənistanın yeni təhlükəsizlik strategiyasına ehtiyac var:
“Rəsmi Bakının bəyanatlarına görə, birinci mərhələdə Ermənistanda 300 min azərbaycanlının məskunlaşması planlaşdırılır. Həmin azərbaycanlıların beynəlxalq missiyanın himayəsi altında və təhlükəsizlik təminatı şəraitində məskunlaşdırılmaları nəzərdə tutulur. Hazırkı vəziyyət təcili olaraq yeni təhlükəsizlik strategiyasının qəbulunu tələb edir”.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri bildirib ki, Tavuş istiqamətində Azərbaycanın 4 kəndinin qaytarılması ilə bağlı razılıq və bu yöndə görülən işlər Ermənistanda müxalifəti hərəkətə gətirib:
“Bu istiqamətdə Rusiyanın “5-ci kalonu”, revanşist qüvvələr, Qarabağ klanı və Ermənistan Apostol kilsəsi vəziyyətdən istifadə edərək Ermənistan cəmiyyətini ayağa qaldırmaqla Nikol Paşinyan hakimiyyətini süpürüb atmaq niyyətindədirlər. Çünki torpaqların qayıtması bütün cəmiyyət üçün həssas məqamdır. Ona görə də müxaliflər, bu gün müxtəlif dezinformasiyalar, ideologiyalar irəli sürürlər. Hətta xalqı kilsənin ətrafında birləşərək dini dövlət yaratmağa çağırışlar edirlər. Tatoyanın dedikləri hakimiyyət əleyhinə olan şəxsin açıqlamasından başqa bir şey deyil. Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı qanuni proseduru Paşinyanın əleyhinə istifadə etməyə çalışırlar. Onlar düşünürlər ki, bu, revanşist qüvvələrin əlində olan yeganə şansdır. Yəni Rusiyanın vasitəsilə hökümət əleyhinə olan bütün revanşist qüvvələr hərəkətə keçib. Çünki bundan sonra proseslərin inkişafı yaxın prespektivdə sülh müqaviləsinin imzalanmasıyla nəticələnə bilər”.
Ekspert qeyd edib ki, hazırda sülh müqaviləsinin bütün prinsipləri razılaşdırılmışkən, hələ də sülh sazişisini imzalamaq mümkün olmayıb:
“Belə olan halda 300 min azərbaycanlının tarixi torpaqlarına qaytarılması necə mümkündür? Sadəcə olaraq müxalif qüvvəllər Paşinyanı devirməklə yenidən hakimiyyətə gəlmək istəyirlər. Bununla da illərlə Ermənistanı istismar obyektinə çevirmək məqsədi güdürlər. Bir tərəfdən Rusiyanın yalanlar institutu dezinformasiyalarla erməni xalqını ayağa qaldırmağa çalışırsa, digər tərəfdən Ermənistanda mövcud olan bütün siyasi müxalif güc mərkəzləri Nikol Paşinyanı devirməyin yollarını axtarırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya