Nobel Sülh Mükafatını qazanan Maçado haradadır?

2025-ci il Nobel mükafatlarının təqdimetmə mərasimi bu gün Norveçdə keçirilir. Lakin Sülh Mükafatına layiq görülən Venesuela müxalifət lideri Mariya Korina Maçadonun harada olduğu bəlli deyil.

Sherg.az xəbər verir ki, gizlilik şəraitində yaşayan Maçadonun bu gün Osloda Nobel Sülh Mükafatını alacağı gözlənilirdi.

Lakin mərasimə saatlar qalmış onun iştirak edib-etməyəcəyi sual altında qaldı. Norveçin NRK telekanalı Maçadonun mərasimə qatılmayacağını açıqladı. Nobel İnstitutu bildirir ki, onun mükafatını qızı qəbul edəcək.

Maçado ilə dünən keçirilməsi planlaşdırılan mətbuat konfransı əvvəlcə təxirə salındı, daha sonra tamamilə ləğv olundu. Osloda siyasətçiyə dair heç bir iz yoxdur. Onun hazırda harada olduğu və ya Venesueladan çıxıb-çıxa bilmədiyi bilinmir.