Ombudsman ermənilərlə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
08:40 04.04.2021
Gündəm
422
Birləşmiş Millətlər Təşkilatı 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan etmişdir.
Minalar və müharibənin partlayıcı qalıqlarının təhlükəsizlik, mülki şəxslərin sağlamlığı və həyatı üçün ciddi təhdid yaratdığı ölkələrdə minalar əleyhinə əməliyyatlarla bağlı bacarıqlar yaratmaq məqsədi ilə dövlətlər öz səylərini BMT və digər əlaqədar təşkilatlarla birgə davam etdirirlər.
"Report" xəbər verir ki, Azərbaycan Ombudsmanı Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar videomüraciət hazırlayıb:
"İnsan Hüquqları üzrə Müvəkkil kimi, mən bu gün Azərbaycanın mülki şəxslərinin və hərbi qulluqçularının işğal müddəti ərzində Ermənistanın ölkəmizin ərazilərinə basdırdığı işarələnməmiş minalar səbəbindən həyat və sağlamlıqları üçün ciddi bir təhlükə ilə üzləşmələrindən dərin narahatlığımı bildirirəm. Ermənistanın dəfələrlə minalanmış ərazilərin xəritələrini açıqlamağa çağırılmasına baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bu ölkə tərəfindən bu sahədə əməkdaşlıq istəyi heç vaxt nümayiş etdirilməyib.
10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoydu. İndi isə azad edilmiş torpaqlarda hər kəs üçün təhlükəsiz və dinc bir mühitin təmin edilməsinin vaxtı çatıb və Azərbaycan bu sahədə nəzərəçarpacaq və qətiyyətli səylər göstərir. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də bu geniş ərazilərdə basdırılmış minalar səbəbindən öz yurdlarına qayıda bilmir.
Azad edilmiş torpaqlarda baş vermiş mina partlayışları nəticəsində 12-si mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub, eyni zamanda 17-si mülki şəxs olmaqla 85 vətəndaş ağır yaralanıb. Minaların yaşayış yerlərinin, xüsusən çayların, yol kəsişmələrinin və qəbiristanlıqların yaxınlığında basdırılması öz növbəsində 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və I Əlavə Protokolun kobud şəkildə pozulmasıdır.
Biz hələ də Ermənistan dövlətinin minaların zərərsizləşdirilməsinə dair öz üzərinə düşən vəzifələrini qeyd-şərtsiz yerinə yetirməsini və bölgədə davamlı sülh, insan hüquqlarına hörmət etməsi üçün səy göstərməsini gözləyirik.
İşarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, bütün müvafiq beynəlxalq təşkilatları Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və bu sahədə müvafiq addımlar atmağa çağırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya