Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub.
"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov tviterdə yazıb.
"Bu günlərdə Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə geniş tədbirlər keçirilməkdədir. Bu gün dövlət və ictimaiyyət nümayəndələrinin çıxışları ilə Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulması mərasimi keçirilib", - diplomat bildirib.