Pakistan Prezidenti: "Dünya bunu qəbul etdi, bunu etmək lazım idi"

“Siz öz torpaqlarınızı geri qaytardıqdan sonra birinci dəfədir ki, görüşürük. Mən həmişə demişəm ki, biz bunu Sizdən öyrənməliyik. Vaxtı düzgün seçmişdiniz”.

APA-nın məlumatına görə, bunu bu gün Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi bildirib.
Pakistan Prezidenti deyib ki, dünya bunu qəbul etdi, bunu etmək lazım idi: “Əslində bu, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış bir addım idi”.