Paşinyan 4 kəndlə bağlı qərarını aprelin 5-dən sonra verəcək - AKTUAL
Yusif Nəzərli
14:40 31.03.2024
Gündəm
533
"Brüsseldə 5 apreldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək amerikalı və avropalı rəsmilərin ona ölkəsi üçün təhlükəsizlik təminatı verəcəyi məlumatları geniş yayılıb. ABŞ və Avropa İttifaqı heç onlara daha yaxın Ukraynaya təhlükəsizlik təminatı verə bilmirlər, bunu Ermənistan üçün necə həyata keçirəcəklər? Doğrudur, bır sıra Qərb dövləti Ukrayna ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıb. Ancaq bu sazişlər deklorativ xarakter daşıyır".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, həmin sazişlər Ukraynanı Rusiyanın hücumlarından qorumur. ABŞ və Avropa İttifaqı və ya Fransa eyni sazişi Ermənistanla imzalaya bilərlər. Ancaq həmin sazişlər də işləməyəcək:
"Çünki Ermənistan-Azərbaycan sərhədi müəyyənləşməyib, sülh sazişi imzalanmayıb. Digər tərəfdən Vaşinqton, Brüssel və ya Paris Rusiyadan hələ qopmayan, Rusiya hərbi bazasını və sərhədçilərini çıxarmayan Ermənistana necə təhlükəsizlik təminatı verəcək, belə bir təminat verilsə belə bunu necə reallaşdıracaqlar? Bir ölkədə bir-birinə zidd qüvvələrin - həm Rusiyanın, həm də ABŞ və ya Fransanın hərbi bazalarının mövcudiyyətini təsəvvür etmək çətindir. Doğrudur, indinin özündə Ermənistanda Rusiyanın hərbi bazasıyla yanaşı Avropa İttifaqının, əsasən Fransanın müşahidəçi missiyası var və hələ ki, bir-birlərinə mane olmurlar. Ancaq həmin müşahidəçi missiya silahlı deyil və Ermənistanın təhlükəsizliyinin təminatçısı deyil".
Polotoloq bildirib ki, bu arada, Ermənistanın sərhəddə yeni qüvvələr toplamasını müxtəlif ehtimallarla əsaslandırmaq mümkündür:
"Birincisi, Nikol Paşinyan 4 kəndin qaytarılması mövzusunu 5 apreldə Brüsseldə müzakirə etmək istəyir, veriləcək məsləhət əsasında qərar verəcək, buna qədər isə sərhədi möhkəmləndirmək qərarını verib. Görünür, Paşinyan bu qənaətdədir ki, Azərbaycanın 4 kəndi geri qaytarmaq üçün çox gözləmək fikri yoxdur. Həqiqətən aprel ayında məsələ həll olunmalıdır. Yaxşı olardı ki, Paşinyanla Brüsseldə görüşən rəsmilər ona kəndlərin geri qaytarmaq məsələsini çox uzatmamağı məsləhət görərdilər. İkinci ehtimal Paşinyanın Ermənistan ordusuna tam nəzarət edə bilməməsiylə bağlıdır və baş nazirin orduda “5-ci kolon” adlandırdığı güclər Azərbaycana qarşı təxribat planlaşdırırlar. Ermənistandakı Rusiyaya bağlı güclərin sərhəddəki erməni zabitlərinə “Paşinyanın əmrini yerinə yetirməyin” çağırışları da bundan xəbər verir. Ermənistan ordusundakı “5-ci kolonun” məqsədi 4 kəndi qorumaq deyil, onsuz da bunu bacarmayacaqlar, Paşinyanı devirməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm