Paşinyan Qərbə üz tutmaqda qərarlıdır
Paşinyan Qərbə üz tutmaqda qərarlıdır
Yusif Nəzərli
23:28 24.10.2023
Gündəm
434
Getdikcə İranla əlaqələrdə soyuqluq yaranacaq
İranla Ermənistan Araz çayı üzərində daha bir körpü tikəcək. Məlumata görə, Tehran və İrəvan Araz çayı üzərində daha bir sərhəd körpüsünün inşası üçün İşçi qrupu formalaşdıracaq. İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib ki, hazırkı körpünün nəzarət-buraxılış qabiliyyəti artan yükdaşımalara uyğun gəlmir: “İkinci körpünün inşası isə ikitərəfli iqtisadi münasibətləri stimullaşdıracaq”.
Siyasi şərhçi Tural İrfan deyib ki, İran Ermənistanla sıx əlaqələr qurmaqda qərarlıdır. Ekspertin sözlərinə görə, hətta Ermənistan hökuməti İrana digər ölkələrdən daha az əhəmiyyət versə də, Tehran İrəvan üçün əldən-ayaqdan gedir:
"İran narahatdır ki, Ermənistan Azərbaycanla sülh imzalayar və Zəngəzur dəhlizi açılar. Nəticədə türk ölkələrinin Azərbaycan vasitəsilə Türkiyə ilə strateji əlaqələri inkişaf edər. Ona görə də İran hər vəchlə çalışır ki, Ermənistanla əlaqələri daha da yaxınlaşdırıb müəyyən qədər İrəvanı özündən asılı vəziyyətə salsın. Çünki Paşinyan hökuməti Qərbə daha çox meyillidir. Bu da İranı narahat edən amillərdəndir. Ermənistan ABŞ hərbçilərinin Ermənistana gəlişini təşkil edəndə İran səsini çıxartmadı. Ancaq Azərbaycanı daim Zəngəzur dəhlizi məsələsində ittiham edir ki, guya, NATO, İsrail regiona gələcək".
Həmsöhbətimizin qənaətincə, İranı ilk növbədə Paşinyanın Qərbə, Avropaya yaxınlığı, digər yandan isə Azərbaycanın öz torpaqlarını azad etməsi narahat edir:
"Xain xoflu olar deyirlər. İranın Azərbaycana və Türkiyəyə olan kini onu Ermənistan və digər anti-türk dövlətləri ilə dostluq etməyə vadar edir. Ermənistana Fransa və İran öz "balası" kimi yanaşırlar. Çünki hər iki ölkə bölgədə provakator rolunda Ermənistandan istifadə edir. Hətta çalışırlar ki, Ermənistan inkişafda Azərbaycandan geri qalmasın. Lakin Paşinyan Qərbə üz tutmaqda qərarlıdır və getdikcə İranla əlaqələrdə soyuqluq yaranacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq