
Paşinyan Türkiyədən sərhədlərin açılmasını istəyəcək - ŞƏRH
05:23 18.06.2025
Gündəm
427
Baş nazirə seçkilər öncəsi Azərbaycanla sülh müqaviləsini bağlamaq da hava və su kimi lazımdır
Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini təsdiqləyib. Alen Simonyan Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcəyini açıqlayıb. Erməni spiker qeyd edib ki, Paşinyan və Ərdoğan iyunun 20-də Ankarada görüşəcəklər.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Nikol Paşinyan türkiyəli həmkarı R.T.Ərdoğandan sərhədlərin açılmasını istəyəcək. Ekspert vurğulayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan seçkilər öncəsi Rusiyanın artan siyasi təzyiqlərindən qorunmaq və Azərbaycanla seçkilərə kimi sülh müqaviləsi bağlamaq ümidi ilə Türkiyəyə səfər edir:
"Ermənistanda müxalifət və kilsə Paşinyana qarşı ciddi hazırlıq içindədir. Hər keçən gün tərəflər arasında siyasi münasibətlər daha kəskin mərhələyə keçir. ABŞ Prezidenti D.Tramp C.Baydendən fərqli olaraq N.Paşinyana dəstək vermir. Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinə daha çox kilidlənib. Paşinyan seçkiqabağı Ərdoğandan ciddi dəstək almağa gedir".
Analitik qeyd edib ki, Paşinyana seçkilər öncəsi Azərbaycanla sülh müqaviləsi bağlamaq hava və su kimi lazımdır:
"Bu, çətin olacaqsa, Paşinyan heç olmasa, Türkiyə ilə sərhədlərin açılmasını istəyəcək. Maraqlı proseslər gedir. Paşinyanın Ermənistan daxilində, seçkilər ərəfəsində reytinqini artırmaq üçün Türkiyə ilə sərhədlərin açılmasına gedilə bilər. Ermənistanda Paşinyandan fərqli digər siyasilər Azərbaycan və Türkiyə qarşı düşmən münasibət sərgiləyir. Paşinyan Ərdoğandan sərhədlərin açılmasını xahiş edəcək. Ankara Bakı ilə məsləhətləşmələrdən sonra qərar verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət