“Peşəkar media sosial şəbəkələrlə mübarizə aparmalıdır”
Banuçiçək Kalbalıyeva
09:50 15.07.2020
Gündəm
753
“Yalan məlumat insanların şüuruna təsir edərək təşviş yaradır”
“Təşvişə düşmüş adam isə düzgün düşünmür, soyuqqanlı addım atmır”
Tovuzdakı təxtibat təkcə sərhəddəki atışma ilə məhdudlaşmır. Həm də informasiya mühitində ciddi müharibənin getməsi heç kimə sirr deyil. Məhz ötürülən məlumatlar ictimai şüuru formalaşdıraraq insanların, siravi vətəndaşların davranışlarına təsir göstərir. Deməli, jurnalistlər informasiya təminatı məsələsinə xüsusi diqqətlə yanaşmalı, yalanların “ayaq açıb yeriməsinə” icazə verməməlidirlər.
“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı “Sherg.az”a açıqlamasında bildirib ki, indiki məqamda hər kəsdən ilk növbədə vətəndaşlıq tələb olunur:
“Çox həssas zamandır. Ermənilər hər tərəfdən təxribat törədirlər, mənfurluqlarına sadiq qalırlar. Odur ki, indi nə jurnalist olmalıyıq, nə həkim...İndi vətəndaş olmaq lazımdır. Ancaq rəsmi informasiyaları tirajlamaq şərtdir. Bu, həm də müharibənin qanunudur”.
E.Eyvazlının sözlərinə görə, mətbuatın işi çox çətindir. Peşəkar media indi həm də sosial şəbəkələrlə mübarizə aparmalıdır:
“Bilmək lazımdır ki, informasiyanı kim tez verirsə, o da qalib olur. Yalan məlumat insanların şüuruna təsir edərək təşviş yaradır. Təşvişə düşmüş adam isə düzgün düşünmür, soyuqqanlı addım atmır.
Ona görə də məlumatı peşəkar media birinci ötürməlidir. Bunun üçün dövlət qurumları ilə əməkdaşlıq etmək şərtdir. Dövlət qurumları da öz növbələrində çevik davranmalı, informasiyanı mümkün qədər operativ ötürməlidirlər.
İkinci bir məqam isə müxtəlif KİV orqanlarının koordinasiyalı fəaliyyət göstərməsidir. Əgər bu iki amil olsa, peşəkar media dezinformasiyaların yayılmasına imkan verməz”.
Baş redaktor dezinformasiyaların nələrlə nəticələnə biləcəyini faktlarla göstərdi:
“Tovuzda başlayan hadisələr Milli Məclisin qarşısındakı təxrtibatla davam etdi. Azərbaycan xalqının yürüşünü çox yüksək qiymətləndirirəm. Bu, millətimizin qürurundan, vətəndaşlıq mövqeyindən xəbər verir. Amma parlamentə girmək səhv addım idi. Qanunverici qurum nə etsin ki? Bilirsiz niyə belə oldu?
Çünki insanlara istiqamət verilmədi. Bundan sui-istifadə edən təxribatçılar da öz işlərini gördülər. Əslində insanların qarşısına bir ziyalı çıxmalı, onları düzgün yolla aparmalı idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya