“Lazım gələrsə, canımı İran uğrunda fəda etməyə hazıram”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“14 milyondan çox cəsur iranlı artıq İranı müdafiə etmək üçün canlarından keçməyə hazır olduğunu bəyan edib. Mən də İran üçün canımdan keçməyə hazır olan biri olmuşam, eləyəm və elə də qalacağam”, - dövlət başçısı bildirib.
Xatırladaq ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bundan əvvəl təxminən 7 milyon iranlının ölkəni müdafiə etməyə hazır olduğunu söyləmişdi.