Prezident iradında haqlıdır: İşçini 8 saatdan artıq işlətmək istismardır - PROBLEM
Fidan Həmişəyeva
10:13 04.02.2020
Gündəm
1428
Dünən Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edib. Prezidentin çıxışı zamanı toxunduğu məsələlərdən biri işçilərin vaxtından çox işlədilməsi olub. Prezident qeyd edib ki, normalda iş rejimi 8 saatlıqdır və heç kim ondan artıq işləməməlidir.
Ölkə başçısının sözlərinə görə, daha çox pula qənaət etmək üçün işçiləri 10 saat, 12 saat, ondan da çox işlədirlər: “Mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq”.
Daha sonra Prezident işçilərə müraciət edib:
“İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar”.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, əmək bazarında mövcud olan problemlər tam şəkildə həllini tapa bilmir.
Onun sözlərinə görə, ölkə başçısı dəfələrlə əmək bazarında mövcud olan vəziyyətlə bağlı tapşırıqlar verib:
“Bu məsələ ilə bağlı müxtəlif komissiyalar yaradılıb, qeyri-rəsmi əmək bazarına yönələn sturukturlar da formalaşıb. Məsələn, Əhaliyə Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yanında xüsusi Monitorinq Qrupu yaradılıb. Amma təəssüf ki, bu sahədə problemlər tam həllini tapa bilmir. Bu dəfə Prezident məsələlərə işçilərin hüquqlarının pozulması konteksindən yanaşıb. O bildirir ki, işə götürənlər 8 saatdan artıq iş rejimini yaratmaqla işçiləri istismar etmiş olurlar. Bunun dərin səbəbləri var. Bu səbəblər aradan qaldırılmayana qədər vəziyyət düzəlməyəcək”.
S.Məmmədov qeyd edib ki, ölkəmizdə işləyənlərin yalnız 1.5 milyon nəfəri ilə əmək müqaviləsi bağlanıb:
“Bunların da əksəriyyəti dövlət sektorunun payına düşür. İşçilərin 900 mindən artığı ya dövlət orqanları, ya büdcə təşkilatlarına aiddir. Digər hissəni isə dövlətin təsərrüfat subyektləri tutur. Əmək hüquqlarının az-çox təmin olunduğu iş yerləri bunlardır. Orada da pozuntular var, amma bu iş yerlərində qismən işçilərin məzuniyyət hüququ həyata keçirə bilir, vaxtlı-vaxtında əmək haqlarını ala bilirlər. Özəl sektorda, xüsusilə tikinti, ictimai iaşə, ticarət və.s sahələrdə isə vəziyyət ürəkaçan deyil. Bunun da nəticələrindən biri işçilərin istismar olunmasıdır. Halbuki qanunvericilikdə işçilərin iş vaxtında artıq çalışmasına hansı hallarda yol verilməsi dəqiq göstərilib. İşçilərin çox çalışmasına hansı məqamlarda yol verilir, necə rəsmiləşdirilir, işçilərin razılığı qeyd olunur, 1 həftədə nə qədər artıq işləmək olur, ödəniş necə olmalıdır-hamısı qanunvericiliklə tənzimlənib. Bütün bunlar qanunvericilikdə əks olunsa da, təəssüf ki, praktikada ciddi problemlər var. Bunun da ən böyük səbəbi qeyri-rəsmi əmək bazarının yüksək səviyyədə olmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya