Prezident İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib
Yusif Nəzərli
08:01 24.10.2023
Gündəm
375
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.
"Report" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurla inkişaf etdiyini bildirərək, özünün Dünya İqtisadi Forumuna səfərləri zamanı İsveçrənin dövlət başçıları ilə mütəmadi görüşlərinin əməkdaşlığın müzakirəsi baxımından önəmini qeyd etdi.
Ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxundu, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğuladı və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirdi.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, yaşıl enerji, ağıllı kənd konsepsiyalarının həyata keçirildiyini deyərək, bunların əməkdaşlığımızda yeni istiqamətlər yaratdığını vurğuladı.
Azərbaycan Prezidenti, eyni zamanda, SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes sahəsində əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev qarşıdan gələn illərdə əməkdaşlığın daha da genişlənəcəyinə və güclü tərəfdaşlıq əlaqələrinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Səfir ilk növbədə Qarabağa səfərinə toxunaraq, orada gedən yenidənqurma işləri ilə tanış olduğunu qeyd etdi, İsveçrə şirkətlərini buraya dəvət etmək istəyində olduğunu dedi.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirak etdiyini bildirən Tomas Ştel bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.
Azərbaycan ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq proqramının həyata keçirildiyini bildirən səfir İsveçrə şirkətlərinin Azərbaycanda makro-iqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərini məmnunluqla qeyd etdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə