Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan cinsi qısnama ittihamları ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.
Sherg.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Bildirilir ki, Roma Statutuna üzv dövlətlərin Assambleyasında keçirilən səsvermədə 125 ölkədən 82-si onun vəzifədən kənarlaşdırılmasını dəstəkləyib. Bu, BCM tarixində ilk dəfədir ki, fəaliyyət göstərən baş prokuror vəzifəsindən uzaqlaşdırılır.
Kərim Xan 2025-ci ilin mayında tabeliyində çalışan əməkdaşa qarşı cinsi qısnama ittihamları ilə bağlı aparılan araşdırma müddətində inzibati məzuniyyətə göndərilmişdi. Daha sonra onun barəsində daha bir oxşar ittiham irəli sürülüb.
Qeyd edək ki, Kərim Xan 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə dair order verilməsi üçün BCM-ə müraciət etmişdi. Rusiya isə buna cavab olaraq onun barəsində cinayət işi açmışdı.