Putinlə Makron bizə “resept” verir – “Suverenliyimizə təhdid cəhdləri...” - Ortaq planlar
Banuçiçək Kalbalıyeva
11:16 09.07.2021
Gündəm
1022
Qarabağ məsələsində Azərbaycanla əlaqələr daim üçtərəfli razılaşmaların icrası çərçivəsində həyata keçirilir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada Vladimir Putinlə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş verən görüşdən sonra Azərbaycan tərəfi ilə hər hansı bir danışıqların planlaşdırılıb-planlaşdırılmayacağına dair sualı cavablandırarkən deyib. “Azərbaycan tərəfi ilə təmaslar davamlı şəkildə aparılır. Hamı üçtərəfli müqavilələrin müddəalarının həyata keçirilməsinin çox vacib olduğunu və alternativinin olmadığını qəbul edir. Və bu icra çərçivəsində həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi ilə təmaslar qurulur”, - deyə Peskov qeyd edib.
El dili ilə desək, deyəsən, Peskov bu açıqlamanı “Xala, xətrin qalmasın” deyə verib. Ən azından ona görə ki, sərhəddə ard-arda təxribatlar törədilir, Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Moskvada səfərdədir. İndi Peskovun iki-üç cümləlik bəyanatı nəyə hesablanıb və nələri dəyişə bilər?
Keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu barədə “Sherg.az”ın suallarını cavablandırdı:
- Rusiya prezidentinin sözçünün bu bəyanatını necə qiymətləndirirsiniz?
- Biz sözlərə yox, əməllərə qiymət verməliyik. Üçtərəfli razılaşmanın dördüncü şərtinə uyğun olaraq erməni silahlıları Qarabağdan çıxarılmalı idi. Amma bu, olmadı. Üstəgəl, Laçın dəhlizindən terrorçuların buraxılması, minalı ərazilərin xəritəsinin verilməməsi, Moskvanın mülki idarəetməyə müdaxiləsi və digər amillər Kremlin səmimiliyinə şübhə yaradır. Əgər atəşkəsdirsə, minalı ərazilərin xəritəsi mütləq verilməli idi. Çünki mina da silahın bir növüdür.
- Elə son təxribatlarda da sülhməramlıların reaksiyasını görmədik...
- Bəli. Sülhməramlılar işlərini görmürlər. Əvəzində Putin, Makron Qarabağla bağlı bizə “resept” verirlər. Məgər Bakı onların daxili işlərinə qarışır?! Suverenliyimizə təhdid cəhdləri qeyri-səmimiliyin ən bariz təzahürüdür.
- Təxribatlar, Paşinyanın Moskva səfəri və Peskovun açıqlamasının eyni vaxta düşməsi təsadüfdür?
- Əlbəttə, yox. Bu, onu göstərir ki, ortaq planlar var. Hər halda Rusiyanın icazəsi olmadan erməni ov tüfəngindən də atəş aça bilməz.
- Məqsəd nədir?
- Sülhməramlıların sayını artırmaq. Lakin onların fəaliyyət müddəti uzaqbaşı beş il ola bilər. Qarabağ hərbi baza deyil! Belə bleflerlə bizə təsir etmək mümkün olmayacaq!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm