Qadın haqları: Nə zorla başını örtməlidir, nə də paltarsız gəzməlidir
Fidan Həmişəyeva
14:20 21.10.2019
Gündəm
1079
“Qadınların aksiya keçirməsinə etiraz etmirəm. Amma bu aksiyalar qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılmış formada olmalıdır”. Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat qeyd edib ki, bütün dünyada, o cümlədən ölkəmizdə feminizm hərəkatının olması normaldır:
“Hər kəs qanunvericiliyin tələblərinə cavab verərək sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Lakin bu, müvafiq razılaşdırma yolu ilə olmalıdır. Çünki “Sərbəst toplaşmaq haqqında” qanunun 8-ci maddəsinin 3-cü hissəsində, aksiya üçün qadağan olunan yerlər qeyd olunub. Ona görə də razılaşdırma ilə hər kəs aksiya keçirib haqqını tələb edə bilər. Doğurdan da Azərbaycan qadını hüquqları ilə bağlı unikal vəziyyətdədir. Biz bir yandan türk dünyasında ilk Respublika yaratmışıq və qadınlara səsvermə hüququ vermişik. Hər zaman qadınların azadlığını istəmişik. Bir yandan isə adətlərimizdən doğan bəzi məqamlara uyğun olaraq qadınların hüquqlarını məhdudlaşdırmışıq. Qadın birinci növbədə anadır. Onun uşağı varsa, analıq məzuniyyəti götürərək işləməyə bilər. Amma qadına hər hansı bir şiddətin göstərilməsi ümumiyyətlə insanlıqdan kənar davranışdır. Peyğəmbərimiz deyib ki, cənnət qadının ayaqları altındadır. Elə isə niyə bizim qadınlarımız küçələri süpürürlər? Anaya münasibət belədirmi?".
Millət vəkili vurğulayıb ki, bir məqamı anlamaq lazımdır:
"Həqiqətən də qadınların dəyəri kişilərdən çoxdur. Hər zaman övladlarıma da tövsiyə etmişəm ki, analarını məndən çox sevsinlər. Çünki ananın zəhməti yüksəkdir və əzabı ölçülməz dərəcədədir. Düzdür, bəzən insan əsəbləşə bilir. Amma bu vəhşiliklə nəticələnməli deyil. Təəssüf ki, bəzi dini kitablarımızda qadını döymək, onu qapandırmaq normal hal kimi qeyd olunur. Amma qadın özünü əsl azərbaycanlı qadını kimi aparmalıdır. Qadınlar başımızın tacıdır. Onlar adətimizə uyğun olaraq nə zorla başını örtməlidir, nə də paltarsız gəzməlidir. Analarımız, bacılarımız var ki, səliqəli geyimləri ilə bütün dünyaya nümunədirlər. Bəzən qadınlar da müəyyən məqamlardan sui-istifadə edirlər. Amma bunu bütün qadınlara şamil etmək olmaz. Lakin bəzi hallarda qadınlar haqlı olaraq inciyirlər və etirazlarını bildirirlər. Ona görə də qanunvericiliyə uyğun olaraq aksiyaların keçirilməsinin əleyhinə deyiləm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi