İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Trampın təhdidlərinə cavab verib.
Axar.az xəbər verir ki, o, bununla bağlı X səhifəsində paylaşım edib.
"Sizin ehtiyatsız hərəkətləriniz ABŞ-ı hər ailə üçün cəhənnəmə sürükləyir və bütün bölgəmiz yanacaq, çünki siz Netanyahunun əmrlərinə əməl etməkdə israrlısınız.
Yeganə real həll yolu İran xalqının hüquqlarına hörmət etmək və bu təhlükəli oyunu dayandırmaqdır", - deyə Qalibaf bildirib.