
Qeyri-neft məhsullarının ixracında artım: İlin sonunadək… - Eskpert
18:11 08.11.2023
Gündəm
413
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,7 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3,05 milyard ABŞ dolları təşkil edib.
İqtisadçı-ekspert Eldəniz Əmirov "Sherg.az"a bildirib ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə müşahidə olunan bu artım müsbət qiymətləndirilməlidir:

" Ötən il və bu ilin ilk 10 ayı ərzində olan rəqəmlər kifayət qədər yüksək artım dinamikası olduğunu göstərir. 2023-cü il artım qrafikinə diqqət yetirsək, 11 faizlik artımın olduğu nəzərə çarpır. Dəyər baxımından artım aylıq orta göstərici olaraq 270 milyon dollardır. Əgər qarşıdakı 2 ay ərzində də, qeyri-neft məhsulları üzrə ixrac stabilliyini qoruyarsa, əlavə 540 milyon dollar vəsait əldə olunacaq. Bu da ilin sonuna Azərbaycanın qeyri-neft ixaracından 3,24 milyard dollar gəlir əldə etməsi deməkdir. Ümumilikdə əldə olunan məbləğ baxımından 2023-cü ilin öncəki ili üstələməsinin şahidi olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm