Qırğızıstan xarici işlər naziri ilk dəfə Afrika ölkələrinə səfər edəcək

Xarici işlər naziri Jenbek Kulubayev mayın 19-dan 22-dək Afrika ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi dialoqun inkişaf etdirilməsi səyləri çərçivəsində Qırğızıstan diplomatiyası tarixində ilk rəsmi səfərlərini Mozambik və Namibiyaya edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfərlər zamanı hər iki ölkənin rəsmiləri ilə görüşlər planlaşdırılır və tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.

Danışıqlardan sonra Qırğızıstanın Mozambik və Namibiya ilə hüquqi bazasının daha da genişləndirilməsinə yönəlmiş ikitərəfli sənədlərin imzalanması gözlənilir.