"QIRMIZI XƏTT": “Delimitasiya və demarkasiya prosesi...”
Banuçiçək Kalbalıyeva
11:43 31.05.2021
Gündəm
738
Prezident İlham Əliyev Ağdam şəhərində ictimaiyyət nümayəndələri ilə görüşdə mühüm məqamlara toxunub. Prezident bəyan edib ki, biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik.
Dövlət başçısı, həmçinin bildirib ki, heç kim bizə təzyiq edə bilməz: "İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir”.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli dövlət başçısının sözügedən mesajının əhəmiyyətini “Sherg.az”a şərh etdi: “Dövlət rəhbərliyinin müəyyənləşdirdiyi xətt aydındır:
“10 noyabr üçtərəfli razılaşmasının tələblərinin reallaşdırılması, həmçinin delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi. Ermənistan Qərb dairələrini Azərbaycana qarşı qaldırır və bunun üçün bütün imkanlardan istifadə edir. Bizim “qırmızı xəttimiz” isə sərhədlərimizin müəyyənləşdirilməsidir. Hansısa qüvvə bu işə mane ola, bizi yolumuzdan eləyə bilməz. Dövlət başçısının ismarıcının daha bir əhəmiyyəti isə budur - Avropanın insan haqları, demokratiya ilə bağlı mövqeyi niyə 30 ildə işə düşmədi? Azərbaycan beynəlxalq hüququn və BMT qətnamələrinin tələblərini özü icra etdi. Prezidentin də dediyi kimi, Qərbdən gələn təsirlər əhəmiyyətsizdir. Azərbaycanın müttəfiqləri isə təkcə bəyanat səsləndirənlər deyil. Bəzi neytral ölkələrin davranışları da bizim xeyrimizədir. Dövlət başçısının həmin sözləri məhz Ağdamda deməsi isə xüsusi əhəmiyyətlidir. “Böyük qayıdış” proqramında iştirak edən müttəfiqlərimiz, o cümlədən Türkiyə, İtaliya milyardlar qazanacaq, bəs riyakar, naxələf dövlətlər?! Bax, əsas məsələ budur!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə