Rekord: Ərdoğanın mitinqinə 1,7 milyon insan qatılıb

Prezident Rəcəb Tayyib Ərdoğan 14 may seçkiləri öncəsi vətəndaşlarla ən böyük görüşünü İstanbulda keçirdi. 
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Atatürk Hava Limanı Millət Bağçasındakı mitinqi başlayıb.
Sherg.az xəbər verir ki, Atatürk Hava Limanında keçirilən “Böyük İstanbul Toplantısı”nda AK Partiyanın İstanbul seçiciləri seçkiyə bir həftə qalmış liderlərini “Türkiyə Sizə Əmanətdir” deyərək qarşılayıb.
Rəsmi rəqəmlərə görə, mitinqdə rekord sayda - 1 milyon 700 min insanın iştirak etdiyi bildirilir.
Mitinqdə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan çıxış edir.