"Reuters" yazır: ABŞ və İran atəşkəs planı alıblar

Pakistan ABŞ və İrana iki mərhələli atəşkəs planı təqdim edib və bu plan bazar ertəsi qüvvəyə minə bilər.

Sherg.az xəbər verir ki, "Reuters" agentliyi mənbəyə istinadən xəbər verir ki,

“Bütün elementlər bu gün razılaşdırılmalıdır”, - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, ilkin razılaşma qarşılıqlı anlaşma haqqında memorandumun hazırlanmasını nəzərdə tutur və bu sənəd danışıqlarda yeganə əlaqə kanalı olan Pakistan vasitəsilə elektron formada rəsmiləşdiriləcək.

"Reuters" yazır ki, İslamabad tərəfindən hazırlanmış sxem dərhal atəşkəsin elan edilməsini, ardınca isə 15–20 gün ərzində yekun sazişin imzalanmasını nəzərdə tutur. Mənbənin iddiasına görə, döyüş əməliyyatlarının dayandırılması Hörmüz boğazının dərhal açılmasına imkan verəcək.

Gözlənilir ki, yekun razılaşma İran İslam Respublikasının nüvə silahı yaratmamaq öhdəliyi qarşılığında sanksiyaların yumşaldılmasını və aktivlərin dondurulmasının ləğvini əhatə edəcək. Agentliyin məlumatına görə, Pakistan ordusunun baş qərargah rəisi Asim Munir ötən gecə planın detallarını ABŞ-ın vitse-prezidenti Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi ilə müzakirə edib.

Bununla belə, Vaşinqton və Tehrandan hələlik rəsmi reaksiya verilməyib. Pakistanlı iki mənbənin sözlərinə görə, İran fəal təmaslara baxmayaraq, hələ ki, təklif olunan sxemə razılıq verməyib.

Bir gün əvvəl Ağ Evin rəhbəri Donald Tramp ABŞ-ın İranla danışıqlar apardığını bildirib. O, razılaşmanın artıq çərşənbə axşamına qədər mümkün ola biləcəyini istisna etməyib. Buna baxmayaraq, siyasətçi kobud ifadələrlə iranlıları Hörmüz boğazını açmağa çağırıb və görünməmiş zərbələrlə hədələyib.