Reuters: Zelenski Baxmutu itirdiyini təsdiqləyib

Ukrayna prezidenti Vladimir Zelenski G7-nin Xirosimada keçirilən sammitində Donetsk vilayətinin Baxmut şəhərinin ukraynalı müdafiəçilər tərəfindən itirilməsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, şəhərin Ukrayna qüvvələrinin nəzarətində olub-olmaması sualı ABŞ prezidenti Co Baydenlə Yaponiyada görüşdən əvvəl jurnalistlər tərəfindən verilib.

“Düşünürəm ki, yox”, - Ukrayna dövlətinin başçısı bildirib. “Bu gün Baxmut yalnız bizim qəlbimizdədir”, o əlavə edib.