Rusiyadan təhlükəli ssenari:“Qarabağda hərbçilərinin sayını artırmaq...”
Banuçiçək Kalbalıyeva
15:53 11.06.2021
Gündəm
620
Rusiya XİN nümayəndəsi Mariya Zaxarova Qarabağ üzrə üçtərəfli işçi qrupun yaxın zamanda öz fəaliyyətini bərpa edəcəyini gözlədiyini deyib. O, qeyd edib ki, Rusiya, həmçinin Qarabağın minalardan təmizlənməsi prosesinin də sürətlənəcəyinə ümid edir. Yaxşı bir misalımız var: “Dəlidən doğru xəbər”. Hərçənd, bəlkə də, hər kəsin səmimiliyinə inanmaq olar, Moskvadan başqa.
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev sözügedən bəyanat barədə “Sherg.az”a danışdı. Onun fikrincə, bu, növbəti provokasiya cəhdidir:
“Ayseberqin görünməyən tərəfinə baxmaq lazımdır. Əslində həmin açıqlama Azərbaycanın ziyanınadır və bizim üçün təhlükəlidir. Məlum olduğu kimi, ötən altı ayda ərazilərin minalardan təmizlənməsi üçün təxminən 100 rus əsgəri göndərilib.
İndi bir bəhanə ilə həmin hərbçilərin sayını bir az da artırmaq istəyirlər. Bu, uzun müddətə hesablanmış təxribatdır.
Ölkəmizdə min nəfər rus hərbçisi olduqdan sonra istənilən addımı ata bilərlər. Hər halda Rusiya Şuşanın, Hadrutun və digər yerlərin azad edilməsinə görə olduqca narahatdır.
Həmin torpaqlar yenidən tapdaq altına düşə bilər. Odur ki, ehtiyatlı davranmalıyıq. Rusiya heç vaxt səmimi olmayıb. Şimal qonşumuzun səmimiliyinə inananlar isə ancaq “5-ci kolon”un üzvləridirlər.
Niyə, Ərdoğan ailəsi birlikdə Şuşaya gəlmək haqda açıqlama verəndən sonra Zaxarova belə bəyanat səsləndirdi?! Əlbəttə, bu, təsadüfi deyil. Dövlət başçısının Rusiya rəsmisinin sözlərinə müsbət reaksiya verəcəyinə inanmıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol