Seçicilər “hə” dedilər... - Turanda görüşlər
15:48 25.01.2020
Gündəm
610
115 saylı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev seçki qabağı təbliğat aksiyalarını davam etdirir.
Seçki kampaniyasının ilk günlərində namizədin seçki platformasını özündə əks etdirən əyani vəsaitlər, çap materialları dairə ərazisində yaşayan sakinlərin evlərinə paylanılıb. Daha sonra öncədən hazırlanmış qrafik üzrə seçki dairəsinin bütün yaşayış məntəqələrində seçicilərlə birbaşa görüşlər keçirilir. Növbəti görüş Şəki rayonunun Turan qəsəbəsində baş tutub. Təxminən 450 nəfər seçicinin iştirakı ilə keçirilən görüşdə C. Feyziyevin vəkilləri – əməkdar jurnalist Akif Salam, namizədin orta məktəb müəllimi Baba Yusifov, əmək qəhrəmanı Baba Səmədov və seçicilər çıxış ediblər. Çıxış edənlər IV və V çağırış Milli Məclisində onları təmsil etmiş C. Feyziyevin fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd keçən çağırış Milli Məclis müddətində ona ünvanlanmış müraciətlərdən və bu müraciətlər əsasında görülmüş işlərdən danışıb. C. Feyziyev ölkə miqyasında aparılan geniş islahatlardan danışıb, seçki dairəsi ərazisindəki mövcud problemlərdən də xəbərdar olduğunu və gələn seçkilərdə ona etimad göstəriləcəyi halda bu problemlərin həlli ilə bağlı da müvafiq tədbirlərin görüləcəyini bildirib.
Görüşə qatılan seçicilər C.Feyziyevə ölkənin daxili və xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları səsləndiriblər. Sualları cavablandıran deputatlığa namizəd ölkə rəhbərliyi tərəfindən aparılan daxili və xarici siyasətin əsas istiqamətləri, bu siyasətin ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə yönəldiyini vurğulayıb. Çıxışçılar həm dairə ərazisində, həm də üzvü olduğu Beynəlxalq münasibətlər Komitəsində Cavanşir Feyziyevin apardığı fəaliyyəti yüksək qiymətləndirib və qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya