Səfərbərlik ehtiyatlarına dair dövlətin vəzifəsi müəyyənləşdirilir

Strateji və fövqəladə ehtiyatların tədarükü və təchizatçıların seçilməsi sahəsində dövlətin vəzifələri səfərbərlik ehtiyatlarına da şamil ediləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə edilən düzəlişdə əksini tapıb.

Digər düzəlişə əsasən ehtiyatların saxlanıldığı yerlərə baxış keçirmək hüququ məsul qurumun istənilən işçilərinə deyil, müvafiq səlahiyyətə malik nümayəndələrinə həvalə ediləcək.