Şəhidin adı məktəb sinfinə verildi
Yusif Nəzərli
13:10 30.09.2021
Gündəm
591
Bakıdakı 6 nömrəli tam orta məktəbin 4c sinfinə Vətən müharibəsi şəhidinin adı verilib.
Məlumatına görə, məktəbin həmin sinfi bundan sonra şəhid gömrükçü Ülvi Hacıyevin adını daşıyacaq.
Qeyd edək ki, Ülvi Hacıyev 1994-cü il noyabrın 13-də Suraxanı rayonunda anadan olub.
2001-2012-ci illərdə Suraxanı rayonunda R.Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) üzrə ali təhsil alıb. 2016-2018-ci illərdə isə həmin universitetdə “biznesin idarə edilməsi” üzrə magistr dərəcəsinə yiyələnib. 2019-cu ildən Dövlət Gömrük Komitəsinin (DGK) Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin postunda çalışırdı. Subay idi.
Ülvi Hacıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 5 dekabr 2020-ci il tarixdə İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ülvi Hacıyev ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Mənbə: Modern.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya