Sərhəddə görüş: Sülhə yaxınlaşırıq?
09:27 23.11.2023
Gündəm
622
Noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Onun sözlərinə görə, danışıqlar Azərbaycan-Ermənistan sərhədində baş tutacaq.
Təfərrüat açıqlanmayıb.
Mövzu ilə bağlı "Sherg.az" a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyalarının iclasları artıq aylardır həyata keçirilmirdi:
"Bu prosesin sülh üçün çox vacib bir məsələ olduğunu düşünürəm. Hər zaman açıqlamalarımda əgər Azərbaycan və Ermənistan sülh prosesində irəliləyiş əldə etmək istəyirsə, rəsmi İrəvanın delmitasiya ilə bağlı təxribatlarının sona çatmalı olduğunu vurğulayırdım. Nəhayət bu ayın sonunda bu görüş baş tutacaq. İclasda şərti sərhədlərıə bağlı məsələ müəyyənləşdirilməlidir. Eyni zaman şərti sərhədlərin normal dövlət sərhədləri kimi tam bərpası və tanınması ətrafında müzakirələr aparılacaq".
Politololq eyni zamanda iclasda xəritələrlə bağlı məsələlərə də toxunulacağını düşündünüyü vurğulayıb:
"Çünki Ermənistan uzun müddətdir Azərbaycanla sülhlə bağlı hansısa qondarma xəritələrdən istifadə etməyə çalışır. Ermənistanın bu uydurma xəritə oyunları danışıqların dalana dirənməsinə səbəb olur. Yenə də eyni müzakirələr prizmasında müzakirələrin aparılacağını hesab etmirəm. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında sülh üçün açar məsələlərdən biri də delimitasiyanın həyata keçirilməsi idi. Bu baxımdan bu ayın sonunda delimitasiya komisyasının iclaslarının keçirilməsi zəruri əhəmiyyətə malikdir. Həmçinin ilk dəfədir ki, Azərbaycanla Ermənistan sərhəddə birbaşa bu məsələni müzakirə edəcək. Üçüncü tərəflərin prosesdə iştirak etməsi yekun qərarın qəbuluna hər zaman əngəl törədib. Ona görədə sərhəddə birbaşa və təkbətək keçiriləcək görüşlərin xüsusi əhəmiyyəti var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə