Sərhəddəki gərginlikdə Rusiya “izi”...- “Yeni gərginlik ocağı yaradır”
Banuçiçək Kalbalıyeva
11:30 22.05.2021
Gündəm
703
“Prosesə KTMT-nin qoşulması Qarabağdan fərqli olaraq, məsələnin hərbi yolla həllini çətinləşdirir”
“Və bu, Rusiyanın “hakim” roluna şərait yaradan amildir”
“Həmçinin bu təşkilata üzv olan türkdilli ölkələrin Bakı və Ankara ilə münasibətdə çətin vəziyyətə sala, Mərkəzi Asiyada güclənən türk birliyinin önündə maneələr yarada bilər”
“Azərbaycan Ordusunun işğal dövründə qanunsuz irəli çəkilmiş dövlət sərhədini bərpa etməsi Ermənistan tərəfindən gərginlik ocağına çevrilir. Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı, Ermənistan XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrova, ATƏT-in fəaliyyətdə olan sədrinə zəng etdi, sonra rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına “dövlət sərhədimizə müdaxilə var” iddiası ilə müraciət ünvanladı”.
Bu sözləri siyasi analitik Asif Nərimanlı deyib.
O, bu barədə daha ətraflı “Sherg.az”a danışdı:
“İrəvanın zəng trafikinin ardınca Lavrovla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov məsələni müzakirə etdi. Bayramov ATƏT sədri Ann Linde ilə də eyni mövzudan danışdı. Baş verənlər suallar yaradır və diqqəti prosesin təkcə İrəvandan idarə olunmadığı fikrinə yönəldir. Gərginliyin yaradılmasının Ermənistan hakimiyyətinin maraqları kontekstində birdən çox səbəbləri məlumdur.
Birincisi, müharibədən sonra dövlət sərhədinin bərpası ilə razılaşan Paşinyan seçkilərə getdiyi vaxt Ermənistan cəmiyyətində ajiotaj yaradan bu məsələdə geri çəkilmək istəmir və prosesin sonunda istədiyinə nail ola bilməsə belə, ən azından çalışdığını göstərə biləcək.
İkincisi, sərhədin bərpası qaçılmaz olacaqsa, KTMT-yə müraciət nəticəsiz qalacaq, lakin Paşinyan bundan seçkiöncəsi Rusiyaya sığınan əsas rəqiblərinə qarşı istifadə edə bilər. Üçüncüsü, KTMT-yə müraciət nəticə verməyəcəksə, Paşinyan seçkidən sonra bu faktı Rusiyadan uzaqlaşmaq üçün səbəb kimi göstərə bilər”.
O, proseslərdə Kremlin “əli olduğunu” faktlarla əsaslandırdı:
“Lakin gərginliyin Lavrovun bölgəyə gəlişindən dərhal sonra yaşanması və məsələnin KTMT-nin gündəliyinə çıxarılması prosesdə rusların izinə diqqət çəkir. Mümkündür ki, Rusiya xarici işlər naziri regiona səfərində, xüsusilə Bakıda istəyinə nail ola bilmədi. Görüşdə səslənən fikirlər və rəsmi Bakının mövqeyi də bu fikri gücləndirir.
Beləliklə, Rusiya bölgədə zəifləyən təsir vasitələrini gücləndirmək üçün yeni gərginlik ocağı yaradır və bunun dövlət sərhədində olmasının uzaqmənzilli hədəfləri var.
Birincisi, 30 il ərzində Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün istifadə edən Rusiyaya yeni münaqişə ocağı, ən azı mübahisəli məsələ lazımdır.
Üçtərəfli razılaşmalar və Azərbaycanın israrlı mövqeyi Qarabağda sülhməramlıların nəzarətindəki bölgələri uzunmüddətli perspektivdə alət olaraq istifadə etməyi çətinləşdirir.
İkincisi, istisna deyil ki, Lavrov sərhədlərin demarkasiyası məsələsini İrəvanda və Bakıda müzakirə edib və İrəvanda Ermənistanın, Bakıda Azərbaycanın mövqeyinə uyğun mövqe sərgiləyib. Bu, həmin bölgədə hər iki tərəfi öz mövqeyində israrlı olmağa həsəvləndirmək gedişi ola bilər.
Rusiya yaxşı bilir ki, bu bölgə SSRİ vaxtında da mübahisəli ərazi olduğu üçün iki ölkə tərəfindən müştərək qərarla qoruq kimi istifadə edilirdi. İndi bu bölgə Azərbaycan və Ermənistan sərhədində mübahisəyə çevrilə biləcək ən optimal ərazilərdən biri ola bilər.
Üçüncüsü, yeni mübahisənin dövlət sərhədində yaradılması, prosesə KTMT-nin qoşulması Qarabağdan fərqli olaraq, məsələnin hərbi yolla həllini çətinləşdirir və bu, Rusiyanın “hakim” roluna şərait yaradan amildir. Prosesə KTMT-nin qoşulması həm də təşkilata üzv olan türkdilli ölkələrin Bakı və Ankara ilə münasibətdə çətin vəziyyətə sala, Mərkəzi Asiyada güclənən türk birliyinin önündə maneələr yarada bilər.
Lavrovun gedişindən sonra sərhəddə yaranmış gərginlik və Ermənistanın KTMT-yə müraciəti Paşinyanın seçki planından daha çox, 30 ildə ilk dəfə Cənubi Qafqazda mövqeləri bu qədər zəifləyən rusların oyunu kimi görünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə