Şimal-Cənub Maliyyə mexanizmi yaradıla bilər - AÇIQLAMA
02:40 30.04.2024
Gündəm
442
Vüqar Bayramov: "Fərqli şirkətlərdən razılıq əsasında digər istiqamətlərə investisiya qoyulacaq"
Azərbaycan COP29-da yeni Şimal-Cənub maliyyə mexanizmi yaratmağı təklif edəcək. Bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov İslam İnkişaf Bankı (İİB) qrupunun illik müşavirələri çərçivəsində "COP29-a doğru - prioritetlər və gündəm" mövzusunda təqdimatda deyib. Onun sözlərinə görə, Şimal-Cənub Maliyyə mexanizmi milli və beynəlxalq neft (enerji) şirkətləri arasında körpü rolunu oynaya bilər. H.Hüseynov qeyd edib ki, üzvlük imkanları bütün tərəflər, hətta əvvəlcədən təşəbbüsə qoşulmağa qərar verməyənlər üçün də açıq olaraq qalacaq.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək.
Millət vəkili Vüqar Bayramov isə “Sherg.az"a açıqlamasında deyib ki, Şimal-Cənub Maliyyə mexanizminin yaradılmasında məqsəd maliyyə alətlərindən daha dəqiq istifadə etməkdir:
“Şimal-Cənub Maliyyə mexanizmində üzv tərəflərin ixrac etdikləri qazıntı yanacağına görə Fonda köçürmələr edəcəyi nəzərdə tutulur. Vəsaiti ödəyən şirkətlər isə ödədikləri məbləğin müqabilində səhmdarlara çevriləcəklər. Tərəflər qazıntı yanacağının həcmindən və müvafiq olaraq Fonda köçürülməli məbləğdən asılı olaraq yığımın ölçüsünü sərbəst şəkildə müəyyənləşdirəcək.
Fərqli şirkətlərdən cəlb edilən vəsaitlərlə razılıq əsasında digər istiqamətlərə investisiya qoyulacaq. Bu zaman da da yaşıl enerji, ətraf mühitin qorunması kimi layihələrin prioritet olacağı gözlənilir. Şimal-Cənub Maliyyə mexanizmini fərqləndirən əsas amillərdən biri maliyyə stabilliyi, yəni davamlı kapital axınının olmasıdır. Eyni zamanda Fonda yığılan vəsaitin bir hissəsi konsessiya layihələrinin maliyyələşdirilməsi məqsədləri üçün gəlirsiz kapital hesab olunacaq, yəni güzəştli investisiya qoyma. Digər hissə kommersiya cəhətdən sərfəli investisiyalara yönəldiləcək və səhmdarlar üçün gəlir mənbəyi olacaq.
Şimal-Cənub-Maliyyə mexanizminin əsas üstünlüyü vəsaitlərin cəlb edilməsinin koordinasiya olunması, şirkətlərarası maliyyə körpüsünün formalaşdırılması, o cümlədən də cəlb edilən vəsaitlərin konsensus əsasında prioritet layihələrə yönləndiriləməsindən ibarətdir. Bu da öz növbəsində həmin layihələrin daha yaxından dəstəklənməsi ilə nəticələnəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya