ŞOK HADİSƏ: ABŞ İranda öz təyyarələrini məhv etdi

ABŞ hərbçiləri İranda həyata keçirilən gizli xilasetmə əməliyyatı zamanı özlərinə məxsus iki "C-130" nəqliyyat təyyarəsini və dörd "MH-6 Little Bird" helikopterini qəsdən məhv edib.

Sherg.az xəbər verir ki, bu barədə ABC News telekanalı ABŞ rəsmilərinə istinadən sensasiyalı məlumat yayıb.

Məlumata görə, xüsusi əməliyyatlar üçün istifadə olunan "MC-130J" təyyarələri texniki nasazlıq səbəbindən İranın əlinə keçməməsi üçün partladılıb. Əməliyyat İran üzərində vurulan F-15E qırıcı təyyarəsinin ekipaj üzvlərindən birinin xilas edilməsi məqsədi daşıyıb. Digər pilot isə hadisə günü xilas olunmuşdu.

ABŞ prezidenti Donald Tramp bu əməliyyatı "ölkə tarixinin ən cəsarətli axtarış-xilasetmə missiyalarından biri” kimi qiymətləndirib. Onun sözlərinə görə, xilas edilən pilot İranın təhlükəli dağlıq ərazisində gizlənirdi və İran hərbçiləri ona yaxınlaşmaq üzrə idi.

Əməliyyatda onlarla hava vasitəsi iştirak edib. İki Black Hawk helikopteri zərər görsə də bazaya qayıda bilib. Örtük verən "A-10 Warthog" hücum təyyarəsi isə vurulub, lakin pilot Küveyt ərazisində katapult edərək sağ qalıb.

Nəticədə xilasetmə qruplarını və pilotu çıxarmaq üçün İrana əlavə üç təyyarə göndərilib. Hadisə ABŞ-ın regiondakı hərbi fəaliyyətləri ilə bağlı yeni suallar doğurur.