ABŞ-də aparılan sorğular Donald Trampa dəstəyin azaldığını göstərir.
Sherg.az xəbər verir ki, son nəticələrə görə, onun fəaliyyətini bəyənənlər təxminən 36%, bəyənməyənlər isə 57% təşkil edir. Eyni zamanda, amerikalıların əksəriyyəti İranla bağlı müharibəni dəstəkləmir.
Buna baxmayaraq, Tramp sosial media hesabında fərqli mənzərə təqdim edərək, İran əməliyyatlarına dəstəyin 89%-ə çatdığını iddia edib.
Beləliklə, rəsmi sorğularla Trampın açıqlamaları arasında ciddi ziddiyyət yaranıb.