Şübhə olmasın! - "Sərhədlərimizi çəkəcəyik, təxribata keçsələr... ”
Fidan Həmişəyeva
11:01 26.05.2021
Gündəm
779
“...Toqquşma baş versə, başlarına yeni dərd açacaqlar”
“Beləliklə, yerdə qalan hədəflərimizə də çatacağıq”
“Ona görə də indi toqquşma onların maraqlarına cavab vermir, çünki gücsüzdürlər, potensiallarını müharibədə itiriblər”
“Amma bu cür vəziyyətdə toqquşmanın reallaşa biləcəyi istisna deyil”
"Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib:
"Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb”.
Nazirlikdən bildirilib ki, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Cavab atəşi açılmayıb. İtki yoxdur.
Baş verənləri “Sherg.az”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, neçə illər ərzində torpaqlarımız işğal altında idi və sərhəd yox idi. Ermənilər elə bilirdilər ki, hər zaman belə olacaq:
“İndi isə Qarabağ və ətraf rayonlarımızı işğaldan azad etmişik və normal dövlətlər kimi sərhədlərimizi müəyyənləşdiririk. Bu, texniki məsələdir və ikitərəfli şəkildə həll olunmalıdır.
Ermənilər isə bu duruma alışmadıqları üçün haray-həşir salırlar, başqa dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edirlər. Amma alışmalıdırlar. Biz öz işimizi görməli, heç nədən çəkinməməliyik.
Guya əzələ nümayişi göstərirlər və hərbçilərini göndərirlər. Göndərsinlər, öz tərəflərindəki sərhədlərini müəyyənləşdirsinlər, buna etiraz etmirik. Lakin biz də ölkəmizə aid olan ərazilərin hamısını öz tərəfimizə çəkəcəyik, buna şübhələri olmasın!
Təxribata keçsələr və toqquşma baş versə, başlarına yeni dərd açacaqlar. Beləliklə, yerdə qalan hədəflərimizə də çatacağıq.
Ona görə də indi toqquşma onların maraqlarına cavab vermir, çünki gücsüzdürlər, potensiallarını müharibədə itiriblər. Amma bu cür vəziyyətdə toqquşmanın reallaşa biləcəyi istisna deyil”.
Oxşar xəbərlər
Naxçıvanı Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisi sürətlə davam edir - FOTO
12:31 13.10.2026
Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
12:23 13.10.2026
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya