Sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq
Sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq
Yusif Nəzərli
09:32 25.10.2023
Gündəm
389
Ermənistana 2.6 milyardlıq yardımı üç dəfə artırsalar da, faydası yoxdur
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq”. Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, qələbəmizə sistemli hücumlarını 10 dəfə artıran Avropa mediasının önündə gedənlərdən biri - Almaniyanın "Die Welt" nəşri “Qəzzanın kölgəsində-növbəti müharibə təhlükəsi haradır” adlı avantürüst məqalə ilə çıxış edib:
“Görünən odur ki, ölkəmizə qarşı mövqeyini kəskin dəyişən hazırkı alman hökuməti Cənubi Qafqazda düşmənçilik erasının bitməsini istəmir. "Die Welt" qəzetinin 2023-cü ildə erməni-azərbaycanlı münaqişəsinə həsr etdiyi 54 məqalənin əksəri qızışdırıcılığa, dövlətimizi ləkələməyə, onu islam ölkəsi kimi milli və dini baxımdan təkləməyə xidmət edir. Sən demə, Azərbaycan Ordusu dünyanın diqqətinin Qəzza bölgəsinə yönəlməsinə görə İrəvana hücum edəcək, Zəngəzur dəhlizini hərbi yolla tutacaq”.
Deputat bildirib ki, avropalı məmurların məqsədi ölkəmizə “işğalçı” ləkəsi vurub qalib dövlətə nüfuz itkisi yaşatmaq, sanksiyalara məruz qoymaq, NATO-nun zirehi altında erməniləri Qarabağa zorla qaytarmaqdır: “Halbuki Prezident “Zəngəzur dəhlizində hərbi planımız yoxdur” dedi, tarixi torpaqlara dinc qayıdışdan bəhs etdi. Xankəndinin Zəfər meydanında ölkə başçısı ermənilərlə ayrı-seçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənc nəslə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı. Necə olur ki, "Die Welt" nəşri, faşist təmayüllü Annelina Berbok bunları görmür?”.
Milli Məclisin üzvü xatırladıb ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, biz Qərbi tanımalı və tanıtmalıyıq: “Bəli, 70 ildir Türkiyəni Osmanlı xofu ilə Brüsselin qapısında saxlayanlar Ermənistanın baş nazirini Avroparlamentdə ayaqüstə alqışlayır, Qafqazın “demokratiya mayakı” adlandıraraq 30 illik işğala haqq qazandırır, müharibədə “qurban gedən və Qərbin forpostu, məzlum erməni xalqı” obrazını formalaşdırır. Bəs, dünyada ədaləti təmin edən qalib Azərbaycan liderini Brüsselin titullu salonlarında niyə dinləmirlər? Çünki Ermənistanla birlikdə özlərini də məğlub sayırlar. Ona görə də sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq. Ermənistana 2.6 milyardlıq yardımı üç dəfə artırsalar da, faydası yoxdur”.
Z.Oruc vurğulayıb ki, Azərbaycan və Türkiyənin birgə son hərbi təlimləri İrəvana hücum planı deyil, regiona beynəlmiləl statusda gəlməyə çalışan və hərbi bazalarını Zəngəzurda yerləşdirmək istəyənlərə qarşıdır: “Qafqazda sülhü Türkiyənin, Rusiyanın, İranın, Ermənsitanın və Gürcüstanın əlindən alıb dövlətləri bir-birinə qarşı silahlandırmaq istəyən məhz Qərb dairələridir. Brüsseli siyasi Məkkəyə çevirənlər Ukraynaya hücum edən Rusiyadan danışıb, Amerikanın İraqı, Əfqanıstanı, Suriyanı işğal etməsini görmürlər. Strasburqun zahiri parıltılı demokratiya binaları mahiyyətcə imperializmin bir parçasıdır. Niyə o binalarda bircə dəfə Poloneziyada keçirilən 220 nüvə sınaqlarına yer verilməyib? Yoxsa onlar insan deyil? Ona görə "Die Welt" nəşri “Qarabağın kölgəsində: Qəzzaya sülhü necə aparmalı” adlı məqalə ilə çıxış etsin, dünyaya ədalətli sülh gətirən Azərbaycanı Yaxın Şərqə nümunə göstərsin. Əlbəttə, 3-cü Reyxin varislərinə bu sərfəlidirsə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm