Sumqayıtda iki avtomobil toqquşub, 3 nəfər ölüb


Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Stansiya Sumqayıt ərazisində qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər ölüb. Ölənlərdən birinin şəxsiyyəti müəyyənləşib. O,  1979-cu il təvəllüdlü Səbiyeva Həcər Sabər qızıdır.

Faktla bağlı araşdırma aparılır.