Şuşada Avtovağzalın tikintisi planlaşdırılır

Şuşada Avtovağzalın tikintisi də planlaşdırılır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda ümumi uzunluğu 12,7 km olan (hər iki istiqamət üzrə) 7 yol tuneli tikilib:

"Qarabağ küçəsindən Çuxur məhəlləsi istiqamətində (“Torpaq Meydanı”na doğru) yol və yeraltı kommunal xətlər çəkilib.

Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi nəticəsində Şuşa şəhərinə məsafə azalıb.

Şəhərdaxili bir marşrut üzrə 4 elektrik avtobusu fəaliyyətə başlayıb. Tam elektrikli avtobus nəqliyyatı fəaliyyət göstərir".

O əlavə edib ki, Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır.