Təcili müşavirə:“Qarabağda terrorçu dəstələr aktivləşir”-Gərginlik!
Fidan Həmişəyeva
11:48 30.03.2021
Gündəm
1294
Dünən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər iştirak ediblər.
Z.Həsənov şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin artırılmasında Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla əsas diqqətin hərbi hissələrdə, xüsusilə də azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşq və dərslərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında bildirib ki, belə müşavirələr mütəmadi olaraq keçirilir.
Onun sözlərinə görə, ordumuz döyüş potensialını, qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə daim hazır olmalıdır:
“Əlbəttə, döyüş hazırlığının yüksəlməsi, hansısa tapşırığın yerinə yetirilməsi üçün mütəmadi işlərin görülməsi vacibdir. Təbii ki, bu işlər müvafiq proqram üzrə aparılır. Azərbaycan Ordusu qələbə çaldıqdan sonra bu proqram üzrə inkişafını davam etdirir. Müdafiə naziri də müşavirədə xüsusilə qeyd etdi ki, Vətən müharibəsi zamanı qazanılmış təcrübədən irəli gələrək həmin təcrübəni döyüş hazırlığında tətbiq etmək lazımdır.
Ordumuz əsas tapşırığı İkinci Qarabağ müharibəsində yerinə yetirib. Lakin təcrübəmizdən də bəllidir ki, müharibədən sonra azad edilən ərazilərdə terrorçu dəstələrin olduğu istisna edilmir. Hazırda dövlətimizin qarşısında mühüm bir məqsəd var: azad edilən ərazilərdə bərpa işlərinin aparılması. Bununla əlaqədar mühüm işlər görülür.
Təbii ki, bununla bağlı müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi də lazımdır. Ərazilərimizdə erməni millətindən olan və revanşist ideyalarla yaşayan “Qarabağ klanı”nın aktivliyi müşahidə edilir. Təbi ki, bu ideyalar Qarabağda yerləşən ermənilərə təsirdən yan ötmür. Bilirik ki, azad edilsə də, ərazilərimizdə müəyyən gərginlik saxlamaq istəyən qüvvələr var. Bu qüvvələr daha çox xaricdəki erməni diasporunun köməyi ilə revanşist ideyalarla çıxış edirlər”.
Polkovnik vurğulayıb ki, müharibədən əvvəl ermənilərin açıq-aydın partizan hərəkatına hazırlaşmaq üçün düşərgələrin tərtib edilməsi və həmin düşərgələrdə müəyyən terrorçuların hazırlanmasına dair bazaların yaranmasına dair məlumatlar var idi. Onlar bunu gizlətmirdilər:
“İndi isə vəziyyət dəyişib. Ərazilərimiz erməni işğalçılarından azad edilib. Lakin həmin ərazilər tam şəkildə nəzarətə alınmayıb. Terrorçu qrupların aktiv fəaliyyətinə səbəb ola biləcək durum var. Hələ də əli silahlı ermənilər Azərbaycan ərazisində var. Onlar tərkisilah edilməyib. Məhz bu şəxslər rus sülhməramlıların nəzarətindədir. Ordumuz aktivlik göstərərək müəyyən ərazilərimizdə kəşfiyyat işləri aparıb, nəzarəti gücləndirməlidirlər. Silahlı qüvvələrimiz antiterror əməliyyatına hər an hazırlıqlı olmalıdırlar. Bu baxımdan Müdafiə nazirimizin də keçirdiyi müşavirə bununla bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual