Terrorçuluqda təqsirləndirilən azərbaycanlını İnterpol axtarır

Rusiya terrorçuluqda şübhəli bilinən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib.

Həmin şəxs 38 yaşlı azərbaycanlı Elşad Mahmudovdur.

E.Mahmudov 1981-ci ilin 9 yanvarında anadan olub. Onun boyu 1.80 metr, gözünün, saçının rəngi isə tünddür.