Təxribatlar ara vermir!- “Minsk Qrupunu regiona gətirmək cəhdləri...”
Banuçiçək Kalbalıyeva
10:50 16.07.2021
Gündəm
629
Ermənistan təxribatlarına ara vermirlər. Bu dəfə düşmən Naxçıvan istiqamətində atəşkəsi pozub. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Maraqlı olan Ermənistanın bu cəsarəti haradan, kimdən almasıdır? Heç bir resursu, potensialı olmayan tərəf niyə belə adım atsın ki? “Sherg.az” olaraq proseslər və baş verənlərin gələcək perskpektivləri barədə BDU-nun Jurnalistika fakültəsinin pofessoru, siyasi şərhçi Qulu Məhərrəmli ilə söhbətləşdik:
- Ard-arda baş verən provokasiyalar nə ilə bağlıdır?
- Bunun müxtəlif səbəbləri ola bilər. Birincisi, ola bilsin, təxribatlar daxili ictimai rəyin formalaşdırılmasına hesablanıb. Belə ki, Paşinyan bu cür addımlarla guya ordunun hələ də qüvvədə olduğunu, Azərbaycan üçün təhlükə yarada biləcəyini göstərmək istəyir. İkinci ehtimal diqqəti daxili xaotik vəziyyətdən yayındırmaqdır. Başqa variantlar da var.
- Nə kimi?
- Analoji hadisələr vasitəsilə sülhməramlıların rolunu şişirtmək də istisna deyil. Yəni guya rus hərbçiləri olmasa, vəziyyət çox gərginləşər. Hər halda bölgədə üçüncü tərəf qaldığı müddətcə bizə yeni problemlər yarana bilər. ATƏT-in Minsk Qrupunu regiona gətirmək cəhdləri isə əbəsdir. Mövqeyimiz ortadadır. Prezident dəfələrlə deyib ki, münaqişə həll olunub, “Dağlıq Qarabağ” daha yoxdur.
- Növbəti anti-terror əməliyyatı və ya yeni müharibənin başlanması barədə proqnozlarınız necədir?
- Bu, real görünür. Sərhəd bölgəsində, kimsənin ərazisinə girmədən düşmənin atəş nöqtələrini susdurmaq lazımdır. Və kimsə bu zaman bizə “Gözün üstündə qaşın var” deyə bilməz. Çünki söhbət sərhəd bölgələrimizin təhlükəsizliyindən gedir.
- Bəs bu zaman Moskvanın mövqeyi necə olacaq?
- Azərbaycan diplomatiyası son illərdə bəzi uğursuz epizodlara baxmayaraq, Rusiya ilə normal münasibətlər qurub. Bir sıra məqamlarda Moskva ilə maraqlarımız üst-üstə düşür. Məsələn, ermənilərin “ərköyünlüyündə”. Odur ki, fikrimcə, şimal qonşumuz bitərəfliyini qoruyacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm