ABŞ NATO-dan çıxma məsələsini ciddi şəkildə nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşrinə ABŞ Prezidenti Donald Tramp deyib.
Prezidentə İranla müharibədən sonra ABŞ-nin alyansdakı üzvlüyünü yenidən nəzərdən keçirib-keçirməyəcəyi soruşulanda belə cavab verib:
“Bəli. Mən heç vaxt NATO-nun təsiri altında olmamışam. Həmişə bilirdim ki, onlar kağız pələngdir, Putin də bunu bilir”.
ABŞ lideri NATO-nu “kağız pələng” adlandırıb.
ABŞ lideri NATO üzvlərinin İranla müharibədə ölkəsinə dəstək verməməsindən narazıdır.