Tramp: Bu gecə bütün İran yox olacaq

ABŞ-İsrail-İran müharibəsinin 39-cu günündə Tahrandan Körfəzə və İsrailə raket zərbələri davam edir. Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı kəskin bəyanat verib.

O, Truth Social hesabından bildirib ki, "Bu gecə bütün İran yox olacaq və bir daha geri qayıtmayacaq. İstəməzdim, amma ehtimal ki, baş verəcək. Lakin artıq daha ağıllı və radikallaşmamış düşüncələrin hakim olduğu tam və hərtərəfli rejim dəyişimi yaşanıb. Ola bilsin ki, bu tarixi an devrim xarakteri daşıyan möhtəşəm bir hadisəyə çevrilsin. Bu gecə, dünyanın uzun və mürəkkəb tarixində ən önəmli anlardan birini yaşayacağıq. 47 illik zəbt, korrupsiya və ölüm sona çatacaq. Tanrı İran xalqını qorusun!"

Eyni zamanda, ABŞ vitse-prezidenti JD Vance Macarıstan səfərində bildirib ki, "Daha çox danışıqlar olacaq və çox yaxın zamanda bu müharibə sona çatacaq."