ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana silah tədarük edəcək hər hansı bir ölkədən ABŞ-yə idxal olunan mallara dərhal 50 faiz həcmində rüsum tətbiq edəcək.
“İrana hərbi silah tədarük edən ölkənin ABŞ-yə satılan bütün mallarına dərhal 50 faiz rüsum tətbiq olunacaq. Heç bir istisna olmayacaq!” -deyə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Sherg.az xəbər verir ki, ABŞ lideri çərşənbə gecəsi İrana qarşı iki həftəlik atəşkəs barədə razılaşma əldə edildiyini elan edib. Daha sonra İranın Xarici İşlər naziri Abbas Ərakçi Ormuz boğazının açıldığını, burada dünya neft, neft məhsulları və maye qaz tədarükünün təxminən 20%-nin keçdiyini bildirib.