Tramp Zəngəzuru götürür: Dəhliz onun adını daşıyacaq - Reuters
11:52 07.08.2025
Gündəm
344
ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistan və Azərbaycan liderlərini qəbul edəcək və görüş ABŞ-a Cənubi Qafqazdan keçən strateji nəqliyyat dəhlizinin inkişafı üçün müstəsna hüquqlar verməsini nəzərdə tutan çərçivə sülh sazişinin imzalanması ilə yekunlaşacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Reuters agentliyinə rəsmi şəxslər bildiriblər.
"Liderlərin cümə günü imzalayacaqları sənədlərin diqqətlə razılaşdırılmış hissəsinə əsasən, Ermənistan nəqliyyat dəhlizinin inkişafı üçün ABŞ-a uzun müddətə xüsusi eksklüziv hüquqlar verməyi planlaşdırır. Bu dəhliz "Beynəlxalq Sülh və Rifah üçün Tramp dəhlizi (Trump Route for International Peace and Prosperity) və ya qısaca TRIPP adlanacaq", - rəsmilər bildiriblər.
Reuters-in iddiasına görə, marşrut Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək və ərazidə infrastrukturu quramaq və idarə etmək üçün ABŞ konsorsiumuna subicarəyə veriləcək.
"Kommersiya mexanizmlərinin köməyi ilə bu addım regionu açacaq və gələcək hərbi əməliyyatların qarşısını alacaq", - ABŞ rəsmilərindən biri qeyd edib.
Həmçinin rəsmilərin sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri 1992-ci ildən münaqişədə vasitəçi qismində çıxış edən Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlərdən ibarət Minsk Qrupunun buraxılmasını tələb edən sənədlər imzalayacaqlar.
Adının çəkilməsini istəməyən ABŞ rəsmilərinin Reuters-ə dediyinə görə, Ağ Evdə Trampla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlarda və imzalanma mərasimində iştirak edəcəklər.
ABŞ rəsmiləri bildiriblər ki, tərəflər “sülhə aparan konkret yol”a nail olmaq və uzun müddətdir davam edən tranzit problemini həll etmək məqsədi daşıyan çərçivə sənədi imzalayacaqlar.
"Kyiv Post" nəşrinin Amerika rəsmilərinə istinadən yazdığına görə, Birləşmiş Ştatlar “möhkəm təhlükəsizlik zəmanəti” vermir və bu marşruta qoşun göndərmir. Əvəzində ABŞ-ın iştirakı sırf kommersiya xarakteri daşıyacaq: Vaşinqton “yüksək səviyyəli operatorlarla” razılaşmalar vasitəsilə marşrutun “bütün tərəflər üçün təhlükəsiz işləməsini” təmin etmək üçün məsuliyyət daşıyacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi