ABŞ prezidenti Donald Tramp İrana qarşı yenidən hərbi zərbələrin endirilə biləcəyini istisna etməyib.
Sherg.az xəbər verir ki, Ağ Evdə keçirilən iclasda danışan Tramp bildirib ki, Vaşinqton Tehranın danışıqlardakı mövqeyindən hələ də narazıdır.
“Bəlkə yenidən zərbə endirməli olacağıq, bəlkə də yox,” - deyə Tramp açıqlayıb.
ABŞ liderinin sözlərinə görə, İran hazırda çıxılmaz vəziyyətdə danışıqlar aparır və razılaşma əldə etməkdən başqa yolu yoxdur.