Tunisdə parlament seçkiləri keçirilir



Bu gün Tunisdə parlament seçkiləri üçün səsvermə keçirilir.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 08:00-dan başlayan səsvermə saat 18:00-dək davam edəcək. Səsvermə 33 seçki dairəsində aparılır ki, bunlardan da 27-si ölkə ərazisində yerləşir.

217 yerlik Xalq Nümayəndələri Assambleyasında deputat vəzifələrinə 15,3 mindən çox namizəd qeydə alınıb.