“Türkiyə Fələstinə açıq dəstək verir, “Ərəb ölkələri isə susur”
Banuçiçək Kalbalıyeva
10:42 13.05.2021
Gündəm
614
“Onlar Türkiyənin regionda güclənməsi və regional gücə çevrilməsini qəbul etmədiyi üçün İsraillə münasibətləri normallaşdırmaq niyyətindədir”
“1949- cu ildə müsəlman ölkələri arasında ilk dəfə Türkiyə İsrailin müstəqilliyini tanıyıb onunla diplomatik əlaqə quran zaman Ərəb ölkələri Türkiyəyə qarşı bir kampaniya başlatdılar. Bunun nəticəsində Türkiyə beynəlxalq arenada təkləndi. Hətta 1960- cı illərin əvvəllərindən başlayaraq Kipr böhranı zamanı da Ərəb ölkələri Türkiyəni deyil, Yunanıstanı və Kipr adasının yunan icmasını dəstəklədi”.
Bu sözləri siyasi analitik Samir Hümbətov deyib.
O,mövzu barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Amma 1967-ci ildə İsrail- Ərəb müharibəsində Türkiyə Ərəb ölkələrinə dəstək göstərməklə müsəlman həmrəyliyini nümayiş etdirdi. Bütün bu çətinliklərdən sonra Ərəb ölkələri 1974- cü ildə baş vermiş Kipr böhranında Türkiyəyə dəstək verdi. Türkiyə və İsrail arasında hər zaman yaranmış problemlərin kökündə məhz Fələstin məsələsi olub. Bu gün də Türkiyə və İsrail arasında yaranmış problemlərin kökündə yenə Fələstin məsələsi var. 1949-cu ildə İsraillə əlaqə quran zaman Fələstin məsələsini bəhanə edib Türkiyə ilə münasibətlər tamamilə soyudan Ərəb ölkələri bu gün Türkiyənin Fələstinə açıq dəstək verməsinə baxmayaraq, susqunluğunu qoruyur”.
S. Hümbətov, qeyd etdiyi məqamın səbəblərini də açıqladı:
“Birincisi, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn təhlükəsizlik baxımından ABŞ-dan asılıdır. Yayılan son məlumatlara görə, adıçəkilən ölkələr İsraillə münasibət qurmaq niyyətindədirlər. İkincisi, əvvəlki illərdə İsrail məsələsi Ərəb ölkələri üçün bir propoqanda hesab edilirdi. Sözügedən Ərəb ölkələri bu təbliğat nəticəsində müsəlman ölkələri arasında liderlik siyasətinə çalışırdı. Üçüncüsü, Ərəb ölkələri arasında birlik 1967- ci ildə İsrail-Ərəb müharibəsindən sonra Misirin İsraillə razılaşmaya gəlməsi nəticəsində dağıldı. Beləliklə də, həm İsrail, həm də ABŞ öz siyasətini regionda yürütməyə başladı. Nəhayət, Ərəb ölkələri Türkiyənin regionda güclənməsi və regional gücə çevrilməsini qəbul etmədiyi üçün İsraillə münasibətləri normallaşdırmaq niyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə