Türkiyə MN Azərbaycanda keçirilən birgə təlimlə bağlı paylaşım edib

“Azərbaycan türkü qardaşlarımızla həyata keçirdiyimiz “Mustafa Kamal Atatarük - 2023” təlimində qəhrəman hərbçilərimiz yenə bizi həddindən artıq qürurlandırdılar”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” paylaşımında qeyd olunub.

“Biz iki bədəndə bir canıq! Birliyimiz, diriliyimiz və gücümüz daimi olsun”, - nazirlikdən bildirilib.