Türkiyənin söz haqqı həmişə olacaq - Hasan Oktay
Yusif Nəzərli
14:27 19.09.2023
Gündəm
617
"Putin Krımı könüllü şəkildə tərk etməyəcək".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PBS NewsHour-a müsahibəsində deyib.
Aparıcının "Sizcə, Ukrayna Rusiyanı öz ərazisindən, o cümlədən Krımdan qovmağa nail olacaqmı? Və bunu dəstəkləyirsinizmi" sualına belə cavab verib:
"Hələ 2014-cü ildə prezident Putinlə Krımla bağlı müəyyən diskussiya və müzakirələr aparmışam və onlar uğurlu alınmayıb, mən onları Krımı tərk etməyə inandıra bilməmişəm. Hesab edirəm ki, indi də buna nail olmaq mümkün deyil".
Ədoğanın açıqlamasını “Sherg.az”a şərh edən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay qeyd edib ki, Krım həm Rusiya, həm Ukrayna, həm də Türkiyə üçün çox önəmlidir:
“Putin demək olar ki, hər çıxışında Krımın Rusiyanın maraqları üçün son dərəcə əhəmiyyətli olduğunu bəyan edir. Türkiyə isə Rusiya Ukrayna böhranında tərəf tutmadığına baxmayaraq, hər fürsətdə Krımın Ukrayna ərazisi olduğunu bildirir. Bir tərəfdən Ukrayna Krımı Rusiyadan almaq, onu öz ərazi bütövlüyü çərçivəsində saxlamaq istəyir, digər tərəfdən isə Rusiya Krımı strateji baxımdan tərkibində saxlamaq uğrunda mübarizə aparır. Belə şəraitdə də müharibənin sona çatmaq üzrədir. Ümumiyyətlə əgər Rusiya-Ukrayna müharibəsi belə davam edərsə və hər iki tərəfdə də böyük aşınma varsa, buna son qoymaq üçün sülhə əlinə ehtiyac duyulacaq. Bu əl isə Türkiyə olacaq. Belə vəziyyətdə isə Türkiyənin Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması müqabilində Krım üzərində haqq iddia etmək imkanı və ehtimalı var.
Rəcəb Tayyib Ərdoğanın Krım məsələsi ilə bağlı bütün dünyaya öz həssaslığını bildirməsi Rusiyanın Ukrayna müharibəsində sülh səfiri kimi işə başladığı bir məqamda Krımla bağlı fikirlərini açıq şəkildə ifadə edir. Yəni Türkiyə Cümhuriyyəti hazırda Ukrayna-Rusiya məsələsində bitərəfliyinin mükafatı olaraq Krım məsələsində söz sahibi olmaq istəyir. Krım beynəlxalq hüquqa görə Ukrayna ərazisi olsa da, Ukraynanın qarşıdakı dövrdə necə formalaşacağı bəlli olmadığı üçün Türkiyənin bu məsələdə söz demək haqqı hər zaman var olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm