Üç "hərbi əsir”in qaytarılması əbəs deyil:“Ciddi tələblərimiz var” – AKTUAL
Banuçiçək Kalbalıyeva
12:32 05.05.2021
Gündəm
1683
Məlum olduğu kimi, üç “hərbi əsir” Ermənistana təhvil verilib. Əslində onların terrorçu olduqlarını nəinki biz, rəsmi İrəvan da bilir. Amma özlərini süddən çıxmış ağ qaşıq kimi göstərməkdən əl çəkmirlər. Təəssüf ki, onlara inanan dünya dövlətləri də var. Üç terrorçunun düşmən tərəfə geri verilməsi isə birmənalı qarşılanmayıb.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında belə bir addımın əbəs yerə atılmadığını bildirdi:
“Azərbaycanın üç terrorçunu əvəzsiz olaraq qaytarmasını düşünmək sadəlövhlük olar. Bizim də tələblərimiz var. Məsələn, minalı ərazilərin xəritəsinin verilməsi, I Qarabağ müharibəsində itkin düşənlərin qalıqlarının qaytarılması, II Qarabağ müharibəsində iyirmiyə yaxın itkin hərbçimizin olması, Njdenin Xocavənddəki heykəlinin sökülməsi və s.
Nəzərinizə çatdırım ki, Xocavənd Azərbaycan ərazisidir. Və bizim icazəmiz olmadan orda kimsə hansısa təşəbbüslə çıxış edə, o cümlədən heykəl ucalda bilməz.
Həmçinin Qırmızıbazar- Şuşa yolunun və Zəngəzur dəhizinin açılması da tələblərimiz sırasındadır. Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir. Moskva sanksiyalar altında “boğulduğuna” görə Zəngəzur dəhlizi vasitəsilə qərbə çıxış əldə edə bilər.
Qaytarılan hərbçilərin qarşılığında sadaladığımız tələblər yerinə yetirilməlidir. Əslində digər terrorçular da zamana qaytarılacaq. Sadəcə əvvəlcə Azərbaycan məhkəmələri qarşısında mühakimə edilməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət