Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib
17:58 30.04.2024
Gündəm
498
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Trend xəbər verir ki, Bəhruz Məmmədov qonaqları salamlayaraq, Agentliyin yaradılması, fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina probleminin miqyası, mina qurbanları, minaların işğaldan azad edilmiş ərazilərdə icra edilən bərpa-quruculuq işlərinə yaratdığı çətinliklər, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin “Böyük Qayıdış” proqramının əsas prioritetlərindən biri olduğunu qeyd edib.
Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk təqdim edilən məlumata görə təşəkkür edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması istiqamətində görülən fəaliyyətin təqdirəlayiq olduğunu bildirib. Ukrayna ərazilərinin minalarla yüksək səviyyədə çirkləndiyini nəzərə alaraq, Agentliklə humanitar minatəmizləmə sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub.
Görüş zamanı, sahə üzrə qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya