Ümumi hərbi çağırış ləğv edilsin: “Professional orduya keçək”
Banuçiçək Kalbalıyeva
08:27 22.06.2021
Gündəm
826
“Silahlı qüvvələrimiz Türkiyə standartlarına uyğunlaşmalı, mobilləşməlidir”
“Belədə ayırılan vəsaitə xeyli qənaət etmiş olarıq”
“Hərbçilərimizin maaşı 3 qat artırılsın!”.
Bu təkliflə öz Feysbuk hesabında Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu çıxış edib.
O qeyd edib ki, bu addım 26 iyun ordu gününə ən gözəl hədiyyə olar.
İqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında səslənən təklifə münasibət bildirdi:
“Əlbəttə, DYP işçilərinin vətən üçün canlarından-qanlarından keçməyə hazır olan hərbçilərdən dəfələrlə artıq maaş alması haqlı narazılığa səbəb olur. Məsələ ondan ibarətdir ki, ölkədə əksər güc strukturları cərimələmək səlahiyyətlərinə malikdirlər. Beləliklə, sosial müdafiəni yaxşılaşdırmaq adı ilə dövlət büdcəsindəki maaşdan əlavə pul alırlar. Bu, bəzən onların qanuni maaşlarından dəfələrlə artıq olur. Əlbəttə, büdcə imkan verdikcə güc strukturlarının, o cümlədən ordunun sosial rifahını yaxşılaşdırmaq dövlətin vəzifəsidir”.
N.Bəydəmirli, həmçinin çıxış yolunu göstərdi:
“Professional orduya keçmək, müqavilə əsasında xidmətə üstünlük vermək lazımdır. Sovet dövründən qalma ümumi hərbi çağırış ləğv edilməlidir. Silahlı qüvvələrimiz Türkiyə standartlarına uyğunlaşmalı, mobilləşməlidir. Belədə ayırılan vəsaitə xeyli qənaət etmiş olarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur